Evinə qonaq çağırdığı dostunu bıçaqladı

Bakının Binəqədi rayonunda içkili halda dostunu evinə çağıran şəxs daha sonra aralarında yaranan münaqişə zəminində onu bıçaqlayıb. APA TV-nin məlumatına görə, hadisə  rayonun Rəsulzadə qəsəbəsi, Dəmiryol küçəsində qeydə alınıb. 1981-ci il təvəllüdlü Məmmədov Məmməd Sabir oğlu dostu 1969-cu il təvəllüdlü Əliyev Yadigar Süleyman oğluna iki bıçaq zərbəsi vuraraq xəsarət yetirib. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Məmmədov Məmməd Sabir oğlu saxlanılaraq istintaq şöbəsinə təhvil verilib.

 

Müstəntiq Kənan Abışov deyib ki, saxlanılan Məmməd Məmmədov ilkin dindirilmə zamanı törətdiyi cinayəti etiraf edib. O, hadisəyə səbəb kimi yeyib-içdikdən sonra aralarında yaranan münaqişəni göstərib. Məmməd Məmmədov bildirib ki, Yadigar Əliyevi öz evinə qonaq çağıraraq bıçaqlayıb.

 

Faktla bağlı Binəqədi rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. 

Müəllif | Apa.Tv