Çöyçaydakı "ölüm" körpüləri təhlükə mənbəyinə çevrilib

Göyçayın Bığır kəndi ərazisindən keçən Yuxarı Şirvan kanalının üzərindəki qəzalı piyada körpüləri əsl təhlükə mənbəyinə çevrilib. APA TV-nin xəbərinə görə, bu körpülər son vaxtlar baxımsız qaldığı üçün tamamilə yararsız hala düşüb. Uzunluğu 30 metr və eni 40 santimetr olan körpülərin kənarları dağılıb, müxtəlif yerlərdə böyük dəliklər əmələ gəlib. Kənarlarında dəmir məhəccərləri olmayan bu piyada körpüləri daim təhlükə mənbəyi hesab edilir. Sakinlərin sözlərinə görə, bu qəzalı körpülər dəfələrlə mal-qara və insan tələfatına səbəb olub. Yağış yağan zaman körpünün üstündəki torpaq palçığa çevrilir və sürüşkən olur. Kənarında əllə tutub keçməyə heç nə olmadığı üçün bu körpülər uşaqlar və yaşlı insanlar üçün çox təhlükəlidir. Buna baxmayaraq, insanlar çarəsizlikdən bu qəzalı körpüdən daim istifadə edirlər.

 

Qeyd edək ki, Bığır kəndindən keçən bu kanalın üstündə 15-ə yaxın bu cür qəzalı piyada körpüləri var.

Müəllif | Apa.Tv
Elvin Yaqubov