Qaqauzlar da Rusiyaya birləşmək istəyir

"Moldova Avropa Birliyinə üzv olmaq istiqamətində siyasətini davam edərsə, qaqauzlar Rusiyaya qoşulmaq barədə rəsmi Moskvaya müraciət edəcək".

 

Bunu Qaqauzların başçısı Mixail Formuzal deyib. O bildirib ki, Moldovanın Avropa İttifaqına üzv olacağı təqdirdə qaqauz xalqının muxtariyyəti sual atında olacaq.

 

Yerli qurumlar bildirir ki, qaqauzlar çox asan yolla Rusiya cəmiyyəti ilə inteqrasiya edə bilər. Onlar rus dilini mükəmməl bilir və ölkə iqtisadiyyatına böyük tövhələr verəcək. Ümumi sayı 250 min nəfər olan qaqauzlar türkdilli pravoslav xristianlardır. 2014-cü ilin fevralında Qaqauziya referendum keçirib və seçicilərin çoxu Rusiyanın Gömrük İttifaqına qoşulmaq istədiyini bildirib.

 

Moldova hökuməti referendumu qeyri-legitim saysa da, Rusiya Dövlət Duması Moldovanın Qaqauziya bölgəsində keçirilən səsverməni müsbət qiymətləndirilib. Rəsmi Moskva öz növbəsində beynəlxalq hüquq normalarına riayət edərək, Qaqauziya ilə tərəfdaşlıq münasibətlərini genişləndirməyə və zəruri dəstəyi göstərməyə hazır olduğunu bildirib.

 

Bundan əlavə Moldovanın separatçı Dnestryanı rejimi də Rusiyanın tərkibinə daxil olmaq istəyir. Dnestyanı “parlament”inin sədri Mixail Burla Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə bununla bağlı müraciət ünvanlayıb. Müraciətdə deyilir ki, 2006-cı ildə keçirilən “referendum”da Dnestryanı əhalisinin 97,2 faizi Rusiyaya birləşməyə səs verib.

Müəllif | Apa.Tv
Apa.tv