Hadı Rəcəbli: "Gənc nəsildə cırlaşma gedir"

"Azərbaycanda kütləvi istehlak məhsulu olan ərzağın tərkibi  zənginləşdirləcək. Bununla bağlı qanun layihəsi hazırlanır". 

 

Bunu APA TV-yə müsahibəsində Milli Məclisin Sosial-siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. Un, duz, şəkər, su və  düyünün tərkibinə xüsusi vitaminlərin əlavə olunması nəzərdə tutulur.

 

Hadı Rəcəbli hesab edir ki, ərzağın tərkibinin zənginləşdirləşdirlməsi əhalinin dinamikasının, təbii artımının, doğum və ölüm göstəricilərinin fərqini müəyyən edir: "İndiki gənc nəsildə cırlaşma gedir. Çində son illərdə bu məsələ kökündən həll edilir. Xüsusi zəginləşdirlmiş vitaminlərin əsas qida məhsullarına əlavə edilməsi hesabına gənclərin boyu 5-6 sm artıb. Bunun heç bir maliyyə tutumu yoxdu. Bir ton una və yaxud şəkərə, düyüyə az miqdarda vitamin əlavə olunur. Bu nə o qidanın rəhgini , nə tamını dəyişir. Amma daha faydalı qidaya çevrir".

 

Komitə sədri deyir ki, ümumiyyətlə əhalinin artımına bir çox amil təsir edir. Bunlardan ən vacibləri –məhsuldar qüvvələrin inkişaf səviyyəsi, əhalinin etnik, dini və regional mənsubiyyəti, qadınların ictimai əməyə cəlb olunması və cəmiyyətdə rolu, dövlətin doğumu stimullaşdırılması və ya əksinə, müharibələr, epidemiyalar nəticəsində uşaq ölümü səviyyəsinin dəyişməsi və s.dir. 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı