Dünya çempionu zorlamaya görə axtarışa verilib

Qarışıq döyüşlər üzrə 4 qat dünya çempionu Aleksandr Yemelyanenko seksual zorakılıq işi ilə bağlı axtarışa verilib. Lent.az-ın Rusiyanın İstintaq Komitəsinə istinadən məlumatına görə, Yemelyanenko ilkin təhqiqat orqanlarından gizlənib. O, müəyyən olunmuş vaxtda dindirilmə və digər istintaq hərəkətlərinin aparılması üçün gəlməyib. Yaxın vaxtlarda idmançıya qarşı ittiham elan olunacaq.

 

Bu, Aleksandr Yemelyanenkonun adının hallandığı ikinci zorlama işidir. 2013-cü ilin avqustunda 23 yaşlı qadın zorlandığı barədə polisə ərizə verib. Lakin sonradan o, ərizəsini geri götürüb. İdmançının vəkili isə əvvəllər bildirib ki, Yemelyanenko qadını zorladığı barədə heç bir təsdiqedici ifadə verməyib.

Müəllif | Apa.Tv
Apa.tv