Dədə Qorqud parkına gedənləri hansı təhlükə gözləyir?

Bakıda yenicə istifadəyə verilmiş Dədə Qorqud parkına gələnlərin həyatı təhlükə qarşısındadır. Parka üç tərəfdən giriş olsa da, yalnız bir istiqamətdən - Zoopark tərəfdən piyada keçidi, yəni, zebra var. Digər iki istiqamətdən parka girmək istəyənlər isə həyatlarını təhlükəyə atıb, yolu keçirlər.

APA TV xəbər verir ki, yol polisinin təlimatına görə, hər bir yol polisi inspektoru dislokasiya üzrə təhkim olunduğu ərazinin yol infrastrukturundakı problemlər barədə dərhal yuxarı instansiyalara məlumat verməlidir. Bu yol polislərininsə nə ərazidən, nə də ərazidəki problemlərdən xəbəri var...

 Parka gələn paytaxt sakinləri  bu durumdan şikayətçildirlər.

 

Parkın təyinatı insanların mədəni istirahəti üçündürsə, bu insanlar təyinatdan kənara çıxmırlar. Çatışmayan budur ki, burada park salarkən parka gəlməyin yollarını unudublar. Və bu unutqanlıq hər gün yüzlərlə Yeri gəlmişkən, parkda avtomobil dayanacağı da yoxdur. Yol kənarında maşın saxlamaq tıxac yaratmağa, hərəkətin intensivliyini azaltmağa səbəb olur.

Zorge bağı tərəfdən və «Gənclik» metrostansiyasına gedən yoldan parka keçid yoxdur. Amma buradan insanlar parka daha çox keçirlər. Maşınlar isə axşamlar iki cərgədə yol kənarında park edərək sıxlıq yaradır. Həm də piyadalar olmayan keçidlərdən keçib gedərkən həyatları üçün ciddi təhlükə yaranır.

Müəllif | Apa.Tv