Qüdsi Osmanov: "Rusiyadakı həmyerlilərimizin sayı şişirdilir"

"Moskvada bizneslə məşğul olan həmyerlilərimizin sayını Azərbaycanın Rusiyada fəaliyyət göstərən diaspor təşkilatları və bir sıra mətbu orqanları şişirirdir".

 

Bunu APA TV-yə Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov deyib: "Bu gün Rusiya Fedarasiyasiyasında yaşayan azərbaycanlıların sayı 1milyon  500 nəfər təşkil edir. Bunların da 800 yüz minə yaxını Azərbaycan vətəndaşıdır. Digər həmyerlilərimiz isə uzun müddətdir, sözügedən ölkədə yaşayır, orada ailə qurub və qeydiyyata düşən həmvətənlərimizdir" .

 

Diplomat səfirliyinə son vaxtlar həmyerlilərimizin müraciətlərinin sayının artığını bildirib. O xatırladıb ki, son zamanlar Rusiyada qeyri-leqal miqrantlarla mübarizə üzrə gücləndirilib. Bu proses hazırda Rusiyada yaşayan və fəaliyyət göstərən Azərbaycan vətəndaşlarını da ölkədən çıxarılmaq təhlükəsi ilə üz-üzə qoyur: "Bu proses təkcə azərbaycanlılara qarşı deyil. Bu gün heç kim deyə bilməz ki, azərbaycanlıllara qarşı münasibət pisdir və yaxud başqa milli azlıqlardan fərqlidir. Rusiyanın özündə də qanunlar ildən-ilə təkmilləşir. Əcnəbilərin leqal yaşaması üçün qanunlar dəyişir. Bu, normal haldır".

 

Onun sözlərinə görə, Rusiya bazarlarında azərbaycanlıların sıxışdılması haqda xəbərlər həqiqətə uyğun deyil. Sadəcə bəzən məmurlar səlayiyyətlərini aşırlar.  

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı