Bakıda məktəbli oğlan qətlə yetirilib

Binəqədi rayonunda məktəbli qətlə yetirilib. Hadisə Biləcəri qəsəbəsi,  döngə 4 -də baş verib. 16 yaşlı oğlan bir neçə bıçaq zərbəsi alıb. Yolun kənarında yerdə qalan Mobil Abdullayevi yaxınlıqdakı taksi sürücüsü xəstəxanaya çatdırıb. 

 

Qəsəbə sakinini xəstəxanaya catdırsalar da, bud nahiyəsindən və bədənin  müxtəlif yerindən kəsilmiş-deşilmiş xəsarətlər alan yeniyetməni xilas etmək mümkün olmayıb, bir necə saatdan sonra xəstəxanada ölüb.

 

Binəqədi rayon polis idarəsindən  APA TV -yə verilən məlumata görə, hadisəni münaqişə zəminində Tovuz rayon sakini Elsevər Məmmədovun törətdiyi müəyyənləşib. Qətlə yetirilən yeniyetmə 281 saylı məktəbin 10-cu sinif şagirdi olub.

 

Müəllif | Apa.Tv