Əli Həsənov: "Ağlaşma dövrü arxada qalıb"

"Fərarilik torpaqları işğal altında olan ölkə üçün biabırçılıqdır. Günahkar ilk növbədə valideynlərdir. Burda məktəblər, təhsil ocaqları da günahkardır. Evdən başlanan vətənpərvərlik hisləri məktəbdə davam etməlidir. Biz qisasçı millət deyilik, amma gənclərimiz qisas almağa hazır olmalıdır".

 

APA TV-nin xəbərinə görə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyir ki, artıq ağlaşma dövrünü arxada qoyub, gənclərimizi torpaqlarımızın azadlığı uğrunda mübarizəyə hazırlamalıyıq. Hər kəs biznesmen olmamalıdır, amma hər kəs hərbçi olmalıdır: "Bu günlərdə biz araşdırma aparmışıq. İşğal altında olan yalnız 4 rayonun gəncləri hərbi akademiya və ya hərbi məktəblərdə oxuyub hərbçi olublar. Statistika göstərir ki, işğal altında olan rayonların gənclərindən daha çox digər rayonların gəncləri hərbi məktəbləri itirib hərbiçi olurlar".    

 

Əli Həsənov bildirib ki, ölkəmizdə, cəmiyyətdə orduya, əsgərə münasibət dəyişməlidir. Bu, torpaqlarımız işğaldan azad olunana kimi belə olmalıdır və torpaqlarımız azad olunduqdan sonra hər kəs istədiyi kimi yaşaya bilər.

 

Müəllif | Apa.Tv