Dağıstanda irimiqyaslı antiterror əməliyyatı keçirilir

Dağıstanın Buynaksk rayonunda genişmiqyaslı antiterror əməliyyat keçirilir.

 

Bu barədə Rusiya Milli Antiterror Komitəsi məlumat yayıb. Məlumata əsasən, Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri rayonunun Çexov küçəsində ki, fərdi evlərdən birini mühasirəyə alıb. Evdə olan qanunsuz Buynaksk dəstəsinin üzvlərinə təslim olmaq təklif olunub, lakin silahlılar hüquq-mühafizə orqanlarının əməkdaşlarını avtomat silahdan atəşə tutublar.

 

Atışma nəticəsində iki silahlı öldürülüb. Onların şəxsiyyəti müəyyənləşdirlir.  Polis və yerli sakinlərdən xəsarət alan olmayıb.

 

Hazırda Dağıstan ərazisində 13 qanunsuz silahlı birləşmə fəaliyyət göstərir. Ötən il cinayətkar qruplaşmalara qarşı keçirilən əməliyyat zamanı 167 terrorçu zərərsizləşdirilib, 92 polis, 12 mülki şəxs ölüb.  

 

Müəllif | Apa.Tv
Apa.tv