Qazaxda yanacaqdoldurma məntəqəsinə basqın olub

Qazaxda yanacaqdoldurma məntəqəsinə basqın olub. Hadisəni uzun illər Rusiyada yaşayan 39 yaşlı Mürvət Ağaməmmədovun törətdiyi bildirilir. O, avtomobili ilə məntəqəyə daxil olaraq, operator Həsən Nəbiyevə zor tətbiq etməklə 280 manatını alıb. Polis hadisə yerindıən qaçan Quba sakinini öz rayonunda yaxalayıb.

 

Müstəntiq İsgəndər Həsənov deyib ki, hazırda onun başqa rayonlarda analoji cinayət  törədib- törətməməsi müəyyənləşdirilir.

 

O, xüsusi bacarığı ilə insanları aldadıb, pullarını əllərindən aldığını da etiraf edib. Əllə keçirdiyi pulları isə daha çox dostları ilə yeyib-içməyə xərclədiyini bildirib.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli