Zaqatalada 19 yaşlı qız zəhərləndi

Zaqatala piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin  məlumata görə, hadisə rayonun Muxax kəndi ərazisində baş verib. Bakı şəhər sakini, hazırda Muxax kəndində müvəqqəti kirayədə yaşayan Yavər Kərimi idarə etdiyi “VAZ 2106” markalı avtomobillə piyada, Muxax sakini, 49 yaşlı Yusif Əliyevi vurub. Xəsarət alan Yusif Əliyev Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Xəstənin vəziyyəti orta-ağırdır. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanıb.
***
Zaqatalada baş verən digər hadisədə 19 yaşlı qız dəm qazından zəhərlənib. Zaqatala Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, şəhər sakini yaşayan 19 yaşlı Firəngiz Babayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub. Firəngiz Babayevanı ailə üzvləri vanna otağında huşsuz vəziyyətdə tapıblar. Həkimlərin müdaxiləsindən sonra Firəngiz Babayevanın vəziyyəti stabilləşib və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 

Müəllif | Apa.Tv
Vüqar Heydərov