Ərdoğan Azərbaycana gəlir

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə mətbuatı hökumətdəki mənbələrə istinadən məlumat yayıb. İşgüzar xarakterli səfər aprelin 4-də reallaşacaq. Bakıya İstanbuldan gələcək baş nazirin Atatürk hava limanında mətbuat konfransı keçirəcəyi nəzərdə tutulub. Baş nazir Bakıda yüksək səviyyəli rəsmi görüşlər keçirəcək. Görüşlərdə Azərbaycan-Türkiyə münasibətlərinin mövcud durumu müzakirə olunacaq. Səfərin bir gün davam edəcəyi gözlənilir. Qeyd edək ki, bu, Türkiyədə bələdiyyə seçkilərindən sonra baş nazirin ilk xarici səfəridir.

 

Müəllif | Apa.Tv
Apa.tv