İsa Hüseynov "Ruhani" sədaları altında dəfn olundu

Aprelin 1-də dünyasını dəyişən Xalq yazıçısı İSa Hüseynovla vida məraismi keçirilib. Azərbaycan Milli Dram Teatrında keçirilən mərasimə vida mərasimində baş nazir Artur Rəsizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xalq yazıçıları Anar, Elçin Əfəndiyev, yazarlar, xalq şairləri, ölkənin ictimai-siyasi xadimləri, incəsənət adamları iştirak ediblər.

Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev İsa Hüseynovun vəfatını Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün böyük itki adlandırıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, İsa Hüseynovun həyatı hər bir insan üçün örnək olacaq.

Çıxış edənlər İsa Hüseynovun Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışaraq onun xatirəsinin uzun müddət yaddaşlarda qalacağını bildiriblər.

Yazarın qızı Sevinc Hüseynova ailəsi adından çıxış edərək, vida mərasimində iştirak edənlərə təşəkkürünü bildirib.

Daha sonra xalq yazıçısının cənazəsi dəfn olunmaq üçün I Fəxri Xiyabana yola salınıb. İsa Hüsyenovun vəsiyyəti ilə qəbri üzərində "Ruhani" havası ifa olunub.


 

Müəllif | Apa.Tv