Şəhid əsgərimiz dəfn edilib

Ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Akif Baxışov doğulduğu İsmayıllı rayonunda son mənzilə yola salınıb. APA TV-nin məlumatına görə, şəhid əsgərin cənazəsi Silahlı Qüvvələrin Fəxri Qorovulunun müşayiəti ilə torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, rayon rəhbərliyi və Çəmənli kəndinin əhalisi də iştirak edib.

 

Qeyd edək ki, Akif Aydın oğlu Baxışov döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olub.   

 

Akif Baxışov 1994-cü ilin oktyabr ayının 24 də İsmayıllı rayonunun Çəmənli kəndində anadan olub. Çəmənli kənd orta məktəbini bitirdikdən sonra 2013-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb. Zabit və komandirlərin, əsgər yoldaşlarının sözlərinə görə 15 aydır  hərbi xidmətdə olan Akif Baxışov nümunəvi əsgər olub.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov