Bakıda taksi aşdı, sərnişinləri yaralandı

Ötən gecə paytaxtın Yasamal rayonu, Tbilisi prospektində qəza baş verib. APA TV-nin xəbərinə görə, “20 Yanvar” metrostansiyası istiqamətində hərəkətdə olan Rzayev Zaurun idarə etdiyi “VAZ 21015” markalı minik maşını ilə taksi kimi fəaliyyət göstərən Əliyev Namiqin idarə etdiyi “Chevrolet” toqquşub. Qəza nəticəsində "Chevrolet” aşıb. Avtomobilin içində olan 2 sərnişin yüngül bədən xəsarətləri alıb. Yaralılara hadisə yerinə gələn təcili tibbi yardım stansiyasının həkimləri tərəfindən tibbi yardım göstərilib. İlkin ehtimallara görə, qəzaya səbəb hər iki avtomobilin yüksək sürətlə hərəkət etməsi olub. Maddi ziyan dəymiş maşınlar evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. Faktla baglı Dövlət Yol Polisinin Yasamal rayon Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv