Türkiyənin Konstitusiya Məhkəməsi “Twitter” qadağasını aradan qaldırdı

Türkiyənin Konstitusiya Məhkəməsi “Twitter” sosial şəbəkəsinin bağlanmasına etirazla bağlı 3 müraciətə baxıb. APA TV-nin xəbərinə görə, Konstitusiya Məhkəməsi sosial şəbəkənin bağlanmasını istifadəçilərin ifadə azadlıqlarının pozulması kimi qiymətləndirib.

 

Məhkəmə istifadəçilərin hüquqlarının dərhal bərpa edilməsi barədə qərarı müvafiq qurumlara göndərib.

 

Qeyd edək ki, AKP hökuməti hökumət üzvlərinin səs kasetlərinin “Twitter” sosial şəbəkəsində yayılmasının qarşısını almaq üçün İnformasiya və Rabitə Qurumuna müraciət edərək ölkədə “Twitter”ə girişi bağlatdırıb.

 

Müəllif | Apa.Tv