Misirdə terror aktları törədildi

Misir paytaxtı Qahirədə ard-arda meydana gələn iki partlayışda bir polis rəisi həyatını itirib. Partlayışların bir neçə dəqiqə ara ilə meydana gəldiyi bildirilir. Qahirə Universiteti yaxınlığında meydana gələn hücumda 6 nəfər də yaralanıb. Partlayışın biri polis idarəsində, digəri isə universitetin ərazisində baş verib.

 

Hadisə şahidlərinin məlumata görə, hücumlarda hökumət təşkilatlarını hədəfə alınıb. Misir dövlət televiziyası isə həyatını itirən polis rəisinin adının Tarık əl-Mirjavi olduğunu açıqlayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv