Güləşçimiz Avropa çempionu oldu

Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir. Çempionatın ikinci günündə ölkəmizi 61 kq-da təmsil Hacı Əliyevin çıxışı inamlı təsir bağışlayıb. 1/8 finalda Aleksandr Semisorovu (Almaniya) 14:4, 1/4 finalda isə gürcüstanlı Beka Lomtadzeni 12:6 hesabıyla üstələyib. Yarımfinalda Ukrayna güləşçisi Vasil Şuptar ilə gərgin keçən qarşılaşmanı da 9-7 öz xeyrinə başa vuran Hacı finala vəsiqə qazanıb.

 

Finalda onun rəqibi Rusiya təmsilçisi Bekxan Qoyqereyev olub. 12-5 hesabı ilə rəqibini üstələyən güləşçimiz Avropa çempionu adına layiq görülüb.

 

Müəllif | Apa.Tv