“Lufthansa”nın pilotları tətilə başladılar

Almaniyanın “Lufthansa” aviaşirkətinin pilotları aprelin 3-dən  günlük tətil keçirməyə başlayıblar. Almaniya pilotlarının Həmkarlar İttifaqının bəyantında qeyd edilir ki, “Lufthansa” aviaşirkətinin 5 400 nəfərlik heyəti aprelin 4- dək tətil keçirəcək.

 

Bununla əlaqədar bir çox reyslərin təxirə salınacağı gözlənilir. “Lufthansa” gün ərzində 2 minə yaxın aviareys həyata keçirir.

 

Xatırladaq ki, martın 28-də Bakı-Frankfurt istiqamətində “Lufthansa” aviaşirkətinin aviareysi təxirə salınmışdı. Aviareysin təxirə salınması Almaniyada hava limanlarının yerüstü işçilərinin əmək haqlarının artırılması və əmək şərtlərinin yaxşılaşdırması tələbi ilə tətil keçirməsi ilə bağlı idi.

 

Müəllif | Apa.Tv
Apa.tv