Texasda hərbi bazada atışma: 4 nəfər öldürüldü, 16 nəfər yaralandı

Texasda yerləşən hərbi bazada atışma olub. İvan Lopes adlı şəxsin açdığı atəş nəticəsində ən azı 4 nəfər ölüb, 16 nəfər yaralanıb. Ölən və yaralıların hamısı ABŞ vətəndaşlarıdır. 2011-ci ildə İraqda hərbi xidmətdən qayıdan İvan Lopesin posttravma sindromundan əziyyət çəkdiyi bildirilir. Hərbi tibbi mərkəzin yerləşdiyi ərazidə tapançadan hərbçilərə atəş açan sabiq hərbçi daha sonra intihar edib. Atəşin 15-20 dəqiqə çəkdiyi bildirilir. Atışmadan sonra hərbi bazaya giriş-çıxış qadağan olunub. Yaxınlıqdakı kollecdə təhsil alan bütün şəxslər evakuasiya olunub. ABŞ-ın müdafiə naziri Çak Heygel baş verən hadisəni faciə kimi dəyərləndirib. O, insidentin səbəblərinin sonadək araşdırılacağına söz verib. 

Müəllif | Apa.Tv
Apa.tv