Bakıda daha bir mərkəzi yol təmir olunur

Paytaxtın mərkəzi yollarından birində təmir işlərinə başlanılıb. Təmir tikinti işləri Əhməd Rəcəbli küçəsinin Ziya Bünyadov küçəsi ilə kəsişməsindənSüleyman Sani Axundov küçələri ilə birləşən hissəsində həyata keçirilir. "Azəryolservis ASC"-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin APA TV-yə verdiyi məlumata görə, ərazidə təmirin əsasən, 2 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələdə yolun kənarında olan lövhələrin dəyişdirilməsinə başlanılıb. İkinci mərhələdə isə yolun asfalt örtüyünün qaşınaraq, yerinə yeni asfalt örtüyünün salınması nəzərdə tutulur.

Qeyd edək ki, təmir ediləcək yolun ümumi uzunluğu 1,3 kilometrdir. hazırda ərazidə təmir işlərinə başlanılsa da avtomobillərin gediş gəlişi üçün yol açıqdır.

 

Müəllif | Apa.Tv