Çilidə 7,8 bal gücündə zəlzələ: Prezident evakuasiya olundu

Səhər saatlarında Çili sahillərində 7,8 bal gücündə zəlzələ baş verib. Cənubi Amerika ölkələrində zəlzələ ilə əlaqədar sunami həyəcanı elan olunub. Zəlzələnin təxminən yer qatının 20 kilometr dərinliyində qeydə alınıb. Dağıntı və tələfat haqqında məlumat verilmir. Çili və Peruda sahilyanı bölgələrin əhalisi tam şəkildə təxliyə olunub. Artıq hündürlüyü iki metrə çatan dalğalar Çili sahillərini vurub. Peruda isə dalğanın hündürlüyü metr yarıma çatıb. Təxliyə olunanlar arasında Çili prezidenti Mişel Baçelet də var. Prezident bir neçə nazirlə zəlzələnin ölkəyə vurduğu zərərlə tanış olmaq üçün zəlzələ regionunda olub. İlk yeraltı təkanlardan sonra dövlət başçısı xüsusi təyyarə ilə təhlükəsiz əraziyə təxliyə olunub. Qeyd edək ki, Son iki gündə Çili sahillərində 3 güclü zəlzələ baş verib. 8,2 bal gücündə olan ilk zəlzələ nəticəsində 6 nəfər dağıntılar altında qalaraq dünyasını dəyişib. Ümumilikdə sahilyanı bölgədən bir milyona yaxın əhali köçürülüb. Səhər saatlarında baş verən zəlzələdən sonra İkike şəhərində yerləşən həbsxanadan 293 məhbus qaçıb. Daha sonra onlardan 137 nəfər könüllü olaraq həbsxanaya qayıdıb. Şəhərdə minlərlə evə ziyan dəyib.

 

Müəllif | Apa.Tv
Apa.tv