Qubada səməni atdı mərasimi

Qubada səməni atdı mərasimi keçirilib. Ayin hər il olduğu kimi Novruz bayramından 14 gün keçdikdən sonra qeyd edilib. APA TV-nin xəbərinə görə, Qudyalçayın Quba ərazisindən keçən hissəsində baş tutan mərasimə yerli sakinlər, eləcə də bu adətlə maraqlanan qonaqlar qatılıblar. Səməni sahibləri arzu tutduqdan sonra Novruzda əkilən səmənilərini suya atıblar.
Yerli sakinlər deyir ki, ürəyində niyyət və arzu olan şəxs axar su üstə gəlir, niyyətini edib əlindəki səmənini suya atır. İnanca görə, deyilən arzu gələn ilin Novruz bayramına kimi reallaşır. Arzusu həyata keçən şəxs yenidən mərasimə qatılır və şirniyyat paylayır.
 

Müəllif | Apa.Tv
Vəli Turan