Davudoğlu: "Suriyadan müdaxilə olmasa, heç bir addım atmayacağıq"

"Suriyanın ermənilər yaşayan Kasab bölgəsindəki atışmaların güclənməsində Türkiyənin hər hansı müdaxiləsi yoxdur".

APA TV-nin xəbərinə görə, bunu Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu deyib. Onun sözlərinə görə, bəzi diarələr qəsdən Türkiyənin Kasab bölgəsində qarşıdurmaya dəstək verməsi ilə bağlı şayiələr yayır: "Bu baxımdan müsəlman, xristian, sünni, aləvi və s. hansı kökdən olmasından asılı olmayaraq, ərəb, türk, kürdlər üçün sərhədlərimizin açıq olduğunu hər zaman vurğulamışıq. Ötən həftə Kasab bölgəsində vəziyyət gərginləşən kimi, guya bunu Türkiyənin iradəsi ilə həyata keçirilməsi ilə bağlı iddialar ortaya qoyulub. Bu, Türkiyənin müdaxiləsi deyil, Suriyada baş verən son hadisələrin yeni səhifəsidir". 

 

Davutoğlu bildirib ki, Türkiyə Suriyadan müdaxilə olmayacağı təqdirdə heç bir addım atan deyil. Daha sonra "Twitter" və "YouTube"un bağlanması məsələsinə toxunan xarici siyasət idarəsinin rəhbəri sosial şəbəkələrin bağlanmasının insan hüquq və azadlıqlarına zidd olmadığını söyləyib. O, qeyd edib ki, "Twitter" və "YouTube"u bağlanması məhkəmələrin verdiyi  qərar idi və burada beynəlxalq hüquqa zidd heç bir addım yoxdur.

Müəllif | Apa.Tv