Azərbaycanda polis zabiti xüsusi əməliyyat zamanı həbs olunub

Azərbaycanda polis zabiti saxlanılıb. APA-nın məlumatına görə, Balakən Rayon Polis Şöbəsinin İtitala kəndi üzrə sahə müvəkkili, polis kapitanı Vüqar Filiyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.

 

Onun nədə ittiham olunduğu açıqlanmır. Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçıları V. Filiyevi Balakən şəhəri ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısında tutublar.

 

Balakən Rayon Polis Şöbəsindən APA-ya V. Filiyevin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanıldığını təsdiqləsələr də, polis zabitinin saxlanılmasının detallarını açıqlamayıblar.

Müəllif | Apa.Tv
Apa.tv