Gəncədə 21 yaşlı oğlan bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Şəhərin Fərhad Əliyev küçəsindəki mənzillərdən birində qeydiyyatda olan 21 yaşlı Cahangir Məmmədov  naməlum şəxs  tərəfindən bıçaqlanıb. Yaralı yaxınları köməkliyi ilə ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. APA TV xəbər verir ki, həkimlərin səyi nəticəsində xəstənin həyatını xilas etmək mümkün olub.

 

Gənci kimin, hansı səbəbdən bıçaqladığı hələlik məlum deyil. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli