Bakıda iki qardaş bıçaqlanıb

Bülbülə qəsəbəsində 2 qardaş bıçaqlanıb. Suraxanı Rayon Polis İdarəsindən  APA TV-yə verilən məlumata görə, hadisə  Bülbülə qəsəbə  sakinləri 1988-ci il təvəllüdlü Alqayıt Haqverdi oğlu Məmmədov və qardaşı 27 yaşlı Şahin naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Hər iki qardaş ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Zərərçəkənlər hadisənin başvermə səbəbini deməyiblər. Suraxanı rayon RPİ 31-ci polis bölməsindən hadisəni törədənlərin kimliyinin araşdırıldığı bildirilib..

 

Müəllif | Apa.Tv