ARDNŞ-in "məsul işçisi" vətəndaşın 6 min manatını mənimsəyib

Nizami polisi Nurəliyev Azər Müslüm oğlunu dələduzluq etdiyinə görə həbs edib. Araşdırma zamanı Nurəliyevin etibardan süi-istifadə etməklə özgənin əmlakını ələ keçirdiyi məlum olub. Özünü Dövlət Neft şırkətinin məsul işçisi kimi təqdim edən saxlanılan şəxs zərərçəkən  Şıxəliyev Azər Nuri oğlunundan 6 min manat pul alıb . Söz verib ki, onu dövlət neft şirkətinin 28 may Neft-Qaz çıxarma idarəsində işə düzəldəcək: "Əvvəl 1500 manat aldım, sonra 4500 manat".

APA TV-nin xəbərinə görə, istintaq hesab edir ki, bu, tikinti sektorunda fəhlə işləyən    Nurəliyevin birinci əməli deyil. Onun başqa dələduzluqları törədib-törətmədiyi istintaqın sonunda bəlli olacaq. Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv