Azərbaybaycan prezidenti Tacikistana rəsmi səfərə dəvət olunub

Azərbaycan prezidenti İlham Əliyev aprelin 3-də Tacikistanın xarici işlər naziri Sirociddin Aslovu qəbul edib. Dövlət başçısı Azərbaycanla Tacikistan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Dövlət başçısı ikitərəfli münasibətlərin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirib. Prezident İlham Əliyev Tacikistanın xarici işlər naziri Sirociddin Aslovun Azərbaycana səfərinin əməkdaşlığımızın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu deyib.

Sirociddin Aslov Prezident Emoməli Rəhmonun Azərbaycan Prezidentini Tacikistana rəsmi səfərə dəvət məktubunu dövlət başçısına təqdim edib.
 

Prezidenti İlham Əliyev Ümumdünya Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifaini qəbul edib. Görüşdə Azərbaycanda turizmin, o cümlədən dağ turizminin inkişafı və bu istiqamətdə müasir infrastrukturun yaradılması ilə bağlı görülən işlərdən danışılıb, Bakıda keçirilən 13-cü Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinin və BMT-nin Dünya Turizm Təşkilatı Avropa Komissiyasının 57-ci konfransının önəmi qeyd olunub.
Söhbət zamanı Azərbaycan ilə Dünya Turizm Təşkilatı arasında əməkdaşlığın daha da genişləndirilməsi, ölkəmizin turizm imkanları və bu sahədə görüləcək işlərlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Prezident İlham Əliyev, həmçinin aprelin 3-də Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Patrik Hikkini qəbul edib. Hikki “Bakı 2015” Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin 3-cü toplantısı zamanı Azərbaycanda Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı səmərəli müzakirələrin aparıldığını qeyd edib.

Hazırlıq işlərinin qrafikə uyğun şəkildə görüldüyünü vurğulayan EOC prezidenti bu işlərin bütün sahələrdə yüksək səviyyədə həyata keçirilməsindən razılığını bildirib.

Görüşdə Azərbaycanın müvafiq qurumları ilə EOC arasında əməkdaşlıq perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv