"VAZ 2107" "Mercedes"ə çırpıldı: 1 ölü, 1 yaralı

İmişlidə baş verən yol qəzasında bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb. APA TV-nin xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Ağammədli kəndindən keçən hissəsində qeydə alınıb. İmişli rayon sakini Şıxəliyev Əli Hüsü oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil əks istiqamətdən gələn Göyçay rayon sakini Əmirov Şakir Zakir oğlunun idarə etdiyi "Mercedes" markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində "VAZ 2107"-nin sürücüsü hadisə yerində dünyasını dəyişib. "Mercedes" isə zərbənin gücündən yoldan çıxaraq kənara  düşüb. Hadisə yerinə FHN-nin xilasediciləri cəlb olunub. "Mercedes" markalı avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü  çıxarılaraq İmişli rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı