Çeçenistanda hərbi maşın partladılıb, 4 ölü, 7 yaralı

Çeçenistanda piyadaların döyüş maşını (PDM) partladılıb, nəticədə 4 Rusiya hərbçisi həlak ölub, daha 7 hərbçi isə yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən yaydığı xəbərə görə, bu barədə Rusiya XİN açıqlamasında bildirilir.  

Açıqlamada bildirilir ki, Daxili Qoşunlara məxsus PDM Çeçenistanın Açxoy-Martan rayonunun Yandi kəndi yaxınlığında partlayıcı qurğuya düşüb, baş vermiş partlayış nəticəsində 4 hərbçi həlak olub, daha 7 hərbçi isə yaralanaraq Qroznıdakı tibbi-sanitar taboruna aparılıb”, deyə açıqlamada bildirilir.  

İstintaq Komitəsinin məlumatına görə, insident ötən gün 11.40-da baş verib.

Faktla bağlı cinayət işi başlanıb.

Müəllif | Apa.Tv
Apa.tv