DSX rəisi Elçin Quliyev Necdet Özelle görüşüb

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-ley­te­nant Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Necdet Özeli qəbul­ edib. APA TV-nin xəbərinə görə, Dövlət Sərhəd Xidmətinin Aparatında ordu generalı Necdet Özelin qarşılanma mərasimi keçirilib. Rəsmi protokola uyğun olaraq Baş Qərargah rəisi “Şərəf kitabı”na ürək sözlərini yazıb.

 

Geniş tərkibdə keçirilən görüşdə Elçin Quliyev Azərbaycanın sərhəd təhlü­kəsiz­li­yi sistemi, Dövlət Sərhəd Xidmətinin vəzifə və tapşırıqları, həyata keçi­ri­lən­ islahatlar və əldə olunmuş nailiyyətlər, həmçinin, Ermənistan-Azər­baycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş Azərbaycan-İran sərhədinin 132 kilometrlik ərazisindən qaçaqmalçılıq və digər qeyri-qanuni məqsədlərlə istifadə edilməsi barədə məlumat ve­rib.­

 

General-leytenant Elçin Quliyevin əmri ilə iki ölkə arasında sərhəd təhlükəsizliyi sahəsində əlaqələrin möhkəmlən­diril­mə­sin­də  göstərdiyi xidmətlərə görə Necdet Özel Azərbaycanın “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə”medalı ilə təltif olunub.

 

Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşqun da iştirak edib.  

 

Müəllif | Apa.Tv