Azərbaycanlıdan külli miqdarda narkotik götürülüb

Sverdlovsk polisi külli miqdarda narkotik vasitə olan həşiş müsadirə edib. APA TV-nin xəbərinə görə, Patruşi qəsəbəsində keçirilən əməliyyat zamanı polis 48 yaşlı azərbaycanlını malı satarkən həbs edib. Bundan başqa, əməliyyatçılar ondan vasitəni alan 40 yaşlı qəsəbə sakinini də yaxalayıblar. Hər iki şəxs əvvvəllər məhkum olunub. Həmyerlimizdən 4 kq 711 qram həşış aşkar olunub. Polis bildirib ki, bu qədər böyük çəkidə olan narkotik vasitəni axırıncı dəfə ötən il aşkar edib. Qeyd edək ki, azərbaycanlı ilə birlikdə həbs olunan digər şəxsin evinə baxış keçırilən zaman mənzildən 153 qram və 160 qram ağırlığında 2 həşış bağlaması tapılıb.   

Müəllif | Apa.Tv