Qarabağ müharibəsində qəhrəmanlıq göstərən hərbi hissələr tanıdılacaq

Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər Birliyi yeni layihəyə start verib. Məqsəd "Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən müharibə zamanı hərbi hissələrin göstərdikləri qəhrəmanlığı hərbi qulluqçular və gənclər arasında təbliği"ni aparmaqdır. Layihənin rəhbəri ehtiyatda olan polkovnik Əzizağa Qənizadə bildirib ki, artıq Qarabağda döyüşən qəhrəmanlarla yanaşı, hərbi hissələri də tanıdacaqlar. Bu münasibətlə keçirilən ilk tədbir 701 saylı hərbi hissəyə həsr edilib. Vurğulanıb ki, Silahlı Qüvvələrimizin təməl daşını qoyan 701 saylı hərbi hissə 1993-cü ildə Kəlbəcərin müdafiəsi uğrunda mübarizə aparıb. Ağır itkilərə baxmayaraq, rayonun mühasirəyə düşmüş əhalisini xilas edib, özündən 12 dəfə böyük düşmən qoşunun planını alt-üst edib.

Müəllif | Apa.Tv
Apa.tv