Əfqanıstanda qadın jurnalist öldürüldü

İlk dəfə keçiriləcək prezident seçkilərinə bir gün qalmış Əfqanıstanda bir jurnalist qadın öldürülüb, digəri isə yaralanıb. Ölən qadın Almaniyanın müharibə fotoqraf Anja Niedringhaus, yaralı isə kanadalı jurnalisti Kati Gannondur. Kanadalı jurnalistin vəziyyəti ağırdır.

 

APA TV-nin xəbərinə görə, hadisə Pakistanla sərhəddə yerləşən yaşayış məntəqələrindən birində baş verib. Jurnalistlər seçki qrupunun komvoyunda öz maşınlarında gedərkən hücuma məruz qalıblar. Hücum edən şəxsin Naqibulla adlı hərbi hissə komandiri olduğu müəəyləşib. Açılan atəş nəticəsində onlardan biri ölüb, digəri yaralanıb.

 

Daha öncə seçkilərin təhlükəsizliyini təmin etmək üçün Əfqanıstanda 400 əfqan polisi və xarici hərbçinin səfərbər olduğu deyilmişdi. Kabilə gedən bütün yollar bağlanıb. Taliblər isə mayın 5-ə təyin olunmuş prezident və bələdiyyə seçkilərin baş tutmasına imkan verməyəcəklərini bəyan etmişdilər. 

Müəllif | Apa.Tv