Ötən il baş verən yanğınlarda 61 nəfər ölüb

Ötən il yanğın təhlükəsiz qaydalarının pozulması nəticəsində 2126 yanğın hadisəsi baş verib, 61 ölüb, 187 nəfər isə xəsarət alıb. APA TV-nin xəbərinə görə, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Nəzarəti Xidmətinin Yanğına Qarşı Təbliğat şöbəsinin təlimatçısı Nizami Fərəcov deyib. O bildirib ki, inzibati binalarda 219 yanğın hadisəsi, elektirik avadanlıqlarından isə yaranan yanğınların sayı 43 olub. Ümumilikdə il ərzində 11,5 milyon ziyan dəyib.

 

Qeyd olunub ki, Dövlət Yanğından Mühafisə Xidməti İçərişəhər üçün 500 ədəd stend təqdim edib. Bu stendlər həm ictimai iaşə müəsisələrində, həm mehmanxanalarda həm də fərdi həyətlərdə qurulacaq. Qurulacaq stendlər yanğın təhlükəsizlik bilgilərini təbliğ edir. Bundan başqa ictimai iaşə müəssələri həmçinin mehmanxana inzibati binlarda çalışan əməkdaşlar üçün yaddaş kitabçaları təqdim edilib. Tailandın istehsalı olan şar1 yanğınsöndürmə vasitəsinin də təqdimatı edilib. "Şar1" yanğınsöndürmə vasitəsi yeni texnologiyadır: "Avtomatik şəkildə işə düşür. Həm də bu yanğınsöndürmə vasitəsinin bir üstünlüyü ondan ibarətdir ki, siqnalzasiya vasitəsidir. Belə ki, yanğın olanda orada partlayış əmələ gəlir. 138 dessibel gücündə səsdən ətrafda olan insanlar yanğın hasidəsinin başlanması haqqında xəbərdar olurlar".

Qeyd edək ki, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ilə birgə Qoruq ərazisində fəaliyyət göstərən müəssisələrdə Yanğından mühafisə qaydalarına riayət edilməsi mövzusunda seminar keçirilib.

Müəllif | Apa.Tv
Almaz Qasımova