Ermənilər Ağdamın işğal altındakı ərazilərində təlim keçirirlər

Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında irimiqyaslı hərbi təlimlər keçirir. APA-TV-nin Qarabağ bürosunun xəbərinə görə, düşmən hərbçiləri təlim manevrlərində Ağdam rayonunun işğal altında olan Şahbulaq dağ massivi və Uzundərə adlanan ərazisində ağır artilleriya və zirehli texnikalardan istifadə edirlər. Sözügedən istiqamətdə güclü atəş və partlayış səsləri eşidilir. Təmas xəttinə yaxın ərazilərdən düşmənə məxsus texnikanın hərəkəti aydın müşahidə olunur.

 

Müəllif | Apa.Tv