Kəmaləddin Heydərov qəbul keçirib

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov aprelin 4-də Kürdəmir Dövlət Yanğından Mühafizə Hissəsində bölgə sakinlərini qəbul edib. APA TV-nin məlumatına görə, nazir qəbulda iştirak edən Kürdəmir, Göyçay, Ucar və Zərdab sakinlərini, eləcə də həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri dinləyib. Qəbulda Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı vətəndaşların müraciətlərinə baxılıb, məsələlərin bir çoxu yerindəcə öz həllini tapıb. Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, işlə təmin və digər məsələlərlə bağlı müraciət edən vətəndaşlar nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov