Kulis.az 3 yaşını qeyd etdi

“APA Holding” MMC-yə daxil olan “Kulis.Az" dərgisi üç yaşını qeyd edib.

 

Bu münasibətlə "APA Holding"də  təşkil olunan tədbirdə vurğulanıb ki, dərginin əsas məqsədi Azərbaycanda ən oxunaqlı saytlardan birini yaratmaq olub.

 

"APA Holding"in prezidenti Vüsalə Mahirqızı bildirib ki, 3 yaşı tamam olan bu internet dərgisi oxucuların axtardığını tapdığı elektron məkandır: "Mən çox şadam ki, ilk gündən bu sayta dırnaqarası yanaşanların çoxu, sonra bu dərginin yazarları oldu. Mən çox şadam ki, Azərbaycanın müasir ədəbiyyatının nəbzi "Kulis"də döyünüb. Bizim bioqrafiyamızda burda olan yazarların hər biri  ayrı-ayrılıqda bir imzadır, bir dəyərdir.  Şadam ki, bu imzalar da bizim dəhlizdən keçib gedirlər".

 

Vüsalə Mahirqızı qeyd edib ki, ədəbiyyata, sözə, maarifçiliyə xidmət edən hər bir mətbu orqanı ancaq alqışlanmalıdır: "Hər birinizə təşəkkür edib, uğur arzulayıram. Arzum budur ki, Azərbaycanda "Kulis" olmaq istəyən saytların sayı çox olsun".

 

Kulis.az-ın kollektivini təbrik edir, saytın uzunömürlü olmasını arzulayırıq..

 

3 yaşınız mübarək, dostlar!

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı