İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı açıqlandı

"Ötən on ildə 566 insan alveri və 14 məcburi əmək faktı müəyyən edilib". APA TV-nin xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, general-leytenant Vilayət Eyvazov illik məlumatı açıqlayarkən deyib. O bildirib ki, bu əməllərə görə 385 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Məruzədən sonra deputatlar müzakirələrdə müxtəlif təkliflərlə çıxış ediblər. Millət vəkili Elmira Axundova hesbatı müsbət qiymətlədirsə də iradlarını da bildirib: "Bununla belə ictimai nəqliyyatda, məişət xidməti müəssisələrində, şadlıq evlərində belə reydlərin keçirilməsi barədə bir dənə olsun məlumat yoxdur. Mən hələ Bakı küçələrində az qala maşın altına onlarca atılan dilənçi yeniyetmələrdən danışmıram".

 

Vilayət Eyvazov bildirib ki, bu məsələyə ciddi nəzarət olmayıb: "Lakin bu gündən etibarən bu sahədə olan qanun pozuntuları xüsusilə də azyaşlı uşaqların işə cəlb olunmasının aradan qaldırılması üçün qətiyyətli addımlar atılacaq".

 

Sonra illik məlumat səsə qoyularaq, qəbul olunub. Məclisin davamında bir sıra qanunlara texniki dəyişikliklər edilib və bir dəfəyə səsə qoyularaq qəbul olunub.

 

Müəllif | Apa.Tv