Bakıda məktəbli oğlanı "facebook"a görə öldürüblər
Bakıda orta məktəb şagirdini qətlə yetirməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, 1993-cü il təvəllüdlü Samir Kamal oğlu Məmmədovdan başqa digər 4 nəfər barəsində xuliqanlıq maddəsi ilə cinayət başlana bilər. Bu barədə APA TV-yə rayon prokurorluğundan bildirilib. Qətl “facebook”da başlayan mübahisə nəticəsində törədilib.
Kamal Məmmədov deyib ki, mərhumun üzərinə geydiyi formada "oğru dünyası" ilə bağlı söyüş yazılıbmış.
Bu sözə görə onu cəzalandırmağı qərara alan dostlar mərhum Mobil Abdullayevin yaşadığı Biləcəri qəsəbəsinə gəlirlər. Ona evdən bayıra cağırıb döyüblər: "Söyüş söydü, mən də bıçağı ayağına soxdum".
Faktlı Binəqədi rayon prokurorluğu araşdırır.