Prezident İlham Əliyev Bakıda keçirilən turizm sərgisi ilə tanış olub
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus 2014” VIII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına bu il sərgidə 38 ölkədən 351 şirkət və təşkilatın təmsil olunduğunu deyib. Sərgi iştirakçılarının 60 faizdən çoxu xarici, 40 faizi isə yerli şirkətedir.
Qeyd edilib ki, sərgidə iştirakçıların sayından əlavə digər bir rekord göstərici əvvəlki illərlə müqayisədə milli stendlərin çox olmasıdır. Sərgidə Azərbaycandan başqa öz ölkələrinin milli turizm agentlikləri və səfirliklərinin rəsmi dəstəyi 24 milli və regional qrup iştirak edir.
Qeyd edilib ki, sərgidə tibbi turizm istiqamətini nümayiş etdirən iştirakçıların sayı əhəmiyyətli dərəcədə artırıb. Bildirilib ki, Azərbaycan regionlarının milli pavilyon çərçivəsində irimiqyaslı iştirakı sərginin ən maraqlı və koloritli hadisəsindən biridir. Azərbaycan üzrə turizm paketinin müxtəlifliyi istənilən turizm proqramını zənginləşdirə bilər. Dövlət başçısı və xanımı sərginin pavilyonları ilə yaxından tanış olublar.