Ağdaşda zəncirvari qəza! 15 günlük körpə həlak oldu
Ağdaşda 3 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin məlumata görə, hadisə Bakı-Qazax yolunun 270-ci kilometrliyində qeydə alınıb. "24-BE-444" və "60-BM-344" dövlət nömrə nişanlı iki “KamAZ” markalı yük avtomobili toqquşub. Zərbənin təsiri nəticəsində yük maşınlarından biri yolun kənarında dayanmış "90-XZ-697" dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşınına çırpılıb. Hadisə nəticəsində hər üç avtomobil yoldan çıxaraq aşıb.
Mişar daşı aparan yük maşınlarının sürücüləri Tovuz rayon sakini Əhmədov Bəhram Talıb oğlu və Hacıqabul rayon sakini Əliyev Mehdi Rza oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. “VAZ 2107”nin sürücüsü, Qazax rayon Çaylı kənd sakini Balayev Elvin Loğman oğlu, qaynanası Qaraxanova Akifə Məşədi qızı və 15 gün əvvəl doğulmuş körpə qız övladı dünyasını dəyişib.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri maşında sıxılmış vəziyyətdə qalmış meyitlərin çıxararaq aidiyyatı üzrə təhvil veriblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.