Türkiyədə “Youtube”ə girişin qadağan olunması qərarı qüvvədə qaldı

Türkiyədə məhkəmə “YouTube”a girişin bağlanması barədə qərarı qüvvədə saxlayıb.

APA TV- nin “Haberturk”ə istinadən verdiyi məlumata görə, Ankaranın Gölbaşı Ağır Cinayətlər Məhkəməsi bu qərarını cinayətə səbəb olan materialların “YouTube”dən qaldırılmaması ilə əsaslandırıb.

Qeyd edək ki, məhkəmə aprelin 4-də “YouTube”a girişin qadağan olunması barədə qərarı ləğv etmişdi. Qərar dövlət telekommunikasiya qurumu tərəfindən icra olunduqdan sonra vətəndaşlar yenidən sərbəst şəkildə “YouTube”a daxil ola biləcəkdilər. Lakin aprelin 5-də gecə saatlarında qərar dəyişdirilib.

Xatırladaq ki, Türkiyə Konstitusiya Məhkəməsi aprelin 3-də vətəndaşların fərdi müraciətləri əsasında “Twitter”ə girişin qadağan olunması barədə qərarı ləğv edib. Məhkəmə “YouTube”la bağlı qərarı isə qüvvədə saxlayıb.

 

Müəllif | Apa.Tv