Almaniya Ukraynaya ildə 10 milyard kubmetr qaz ötürəcək

Almaniyanın RWE AG enerji şirkəti Ukraynaya qaz nəqlinə başlamağa hazır olduğunu bəyan edib. Şirkətin nümayəndəsi bildirib ki, əgər Ukraynanın “Naftoqaz” şirkəti ilə yekun razılaşma əldə olunsa, müvafiq saziş əsasında bu ölkəyə qaz ötürə bilərlər. Qeyd edək ki, bu iki şirkət arasında Ukraynaya ildə 10 milyard kubmetr Avropa qazının nəqlinə dair çərçivə sazişi imzalanıb. Rusiya ilin ikinci rübündən başlayaraq Ukraynaya satdığı qazın qiymətini 268 dollardan 485 dollara qaldırıb. Baş nazir Arseniy Yatsenyuk bildirib ki, əgər Rusiya enerji məsələsində Ukraynaya təzyiqləri davam etdirsə, ölkə alternativ enerji nəqli variantlarını nəzərdən keçirməli olacaq.

Müəllif | Apa.Tv
Apa.tv