İki avtomobil toqquşdu: Ər-arvad yaralandı, qoyunlar öldü
Göygol rayonunda 2 nəfərin yaralanması ilə nəticələn yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan avtomagistral yolunun 370-ci kilometrliyində Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Qazaxdan paytaxt istiqamətində hərəkətdə olan 10-JX-551 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobillə Goranboy sakini İlyas Mahmudovun idarə etdiyi “VAZ 2106” markalı minik maşını toqquşub. Qəza nəticəsində “VAZ 2106”nın sürücüsü və onun həyat yoldaşı ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan bildirilib ki, yaralıların vəziyyəti orta ağır olaraq qalır. Qeyd edək ki, “VAZ 2106” heyvan bazarından çıxırmış və avtomobildə 3 ədəd qoyun da olub. Qəza zamanı qoyunlar ölüb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. İlkin ehtimala görə qəzaya səbəb "VAZ 2106"nın "Nisan"nın yoluna çıxması olub.