7 kq narkotiklə tutulan azərbaycanlının məhkəməsi başlayır

Perm-Sankt Peterburq qatarında 7 kq narkotiklə yaxalanan azərbaycanlının cinayət işi üzrə istintaq yekunlaşıb. Külli miqdarda həşişi satış məqsədi ilə əldə edən həmyerlimizin cinayət içi üzrə materiallar baxılması üçün məhkəməyə göndərilib. APA TV-nin yerli mətbuata istinadən yaydığı xəbərə görə, barəsində həbs qəraraı verilən azərbaycanlıhəşişi Sankt Peterburqda tanımadığı şəxsdən aldığını deyib. Mütəxəsislərin fikrincə, bu çəkidəki narkotik vasitədən 7 min dəfə istifadə etmək mükündür. Özünü şübhəli aparan azərbaycanlı dəmir yol polisinin diqqəni cəlb edib. Cantasına baxış keçirilib və narkotik vasitə aşkarlanıb. Həmyerlimiz Perm şəhər məhkəməsində mühakimə olunacaq. Əməli sübuta yetirildiyi təqdirdə onu 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.  

 

Müəllif | Apa.Tv