Arzu Nağıyevin "Qara kabus" kitabının təqdimatı keçirilib

"Son illər bəşəriyyətin üzləşdiyi ən böyük bəlalardan biri də narkomaniya ilə bağlıdır. Bu gün bu bəlanın yaşının gəncləşməsi maarifləndirmə işlərinin aparılmasının vacibliyinə bir daha diqqət çəkir. Narkotik istifadəçilərinin sayının artması, bu cür maddələrin geniş şəkildə əkilib-becərilməsi bəşər övladını narahat etməyə bilməz".

Bu sözləri APA TV-yə Azərbaycan Yazıçılar Birliyinin üzvü, yeni işıq üzü görmüş "Qara Kabus" kitabının müəllifi Arzu Nağıyev deyib: "Belə matrealların sayı ümumilikdə azlıq təşkil edir. Əslində kitab vasitəsi ilə gənclərimizə müraciət etmiş oluruq. Onları bu yoldan çəkindirməyə çalışırıq".

 

"Qara Kabus" kitabının təqdimatında bildirilib ki, Azərbaycanda da gənclərin böyük bir qismi narkomaniya və onun törətdiyi xəstəliklərdən əziyyət çəkir.

 

Bunu qismən də olsa aradan qaldırmaq üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin bu gün daha düzgün, effektiv aparılması çox vacibdir.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı