Dərsliklər yenidən çap olunacaq

"Yaşı 100-dən artıq olan məktəblərin təqdimat kampaniyasına başlanacaq". APA TV-nin xəbərinə görə, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov deyib ki, Azərbaycanın müxtəlif bölgələrində kifayət qədər zəngin tarixi təcrübəsi olan məktəb var: "Bizim əsas məqsədlərimizdən biri də budur ki, Azərbaycanımızın müxtəlif bölgələri zəngin təbiəti ilə ilə bərabər həm də özünün həm də zövqünün qədim məktəbləri ilə fəxr edə bilsin. Bu cür 40 məktəb artıq müəyyənləşib".

 

Nazirliyin təhsil resursları şöbəsinin müdir müavini Əsgər Quliyev isə deyib ki, Azərbaycanda Dərsliklərin Qiymətləndirmə Şurası (DQŞ) haqqında əsasnamə yenilənib. O bildirib ki, Təhsil Nazirliyi bu ildən etibarən hər il iki sinfin dərsliyinin çapını sifariş verməyi qərara alıb. Bu il ilk olaraq VII və VIII sinif dərsliklərinin hazırlanacağını söyləyən Ə. Quliyev qeyd edib ki, VII sinif dərslikləri müzakirələrdən sonra, dərslərin başlanmasına xeyli müddət qalmış məktəblərə veriləcək: "Ötən ilin dekabrında dərsliklərin çapı ilə bağlı elan olunan tender martda başa çatıb. Tenderin nəticəsinə əsasən, 22 LOT üzrə 35 adda dərslik hazırlanıb və sabahdan şura həmin dərsliklərin qiymətləndirilməsinə başlayacaq".

 

Nazirlik rəsmisi qeyd edib ki, təhsil sahəsində aparılan islahatlarda əsas hədəf dərsliklərin əvvəlki illərlə müqayisədə keyfiyyətinin təkmilləşdirilməsidir.

Müəllif | Apa.Tv
Almaz Qasımova